Qadınlar diqqət mərkəzində: 1,12 milyard insan izlədi

Fransanın bu il ev sahibliyi etdiyi qadınların dünya çempionatı izləyici rekordu qırıb.

Sportline.az FİFA-nın saytına istinadən xəbər verir ki, bu il sözügedən turniri 1.12 milyard şəxs  TV-dən canlı olaraq izləyib. Bu isə turnirin tarixi üçün rekorddur.

ABŞ-ın Hollandiyaya 2:0 hesabı ilə qalib gələrək tarixində 4-də dəfə çempion olduğu final görüşünə isə 260 milyon insan  baxıb. Bu, turnirin tarixində ən çox izlənilən matç olub.

Qeyd edək ki, bundan əvvəlki rekord Kanadada keçirilən DÇ-2015-ə məxsus idi - 764 milyon.