"Qalatasaray" 6 qolla qələbə qazandı

Türkiyə Super Liqasında 3-cü tur yekunlaşıb. SportLine.az xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma keçirilib.

Son çempion "Qalatasaray" doğma meydanda "Alanyaspor"u qəbul edib. "Cim-bom" bu görüşdə 6 cavabsız qolla qalib gəlib.

Digər matçda isə "Başakşəhər" "Akhisar"dan güclü olub - 3:1.

27 avqust 2018
Super Liqa
3-cü tur

"Başakşəhər" - "Akhisar" - 3:1

"Qalatasaray" - "Alanyaspor" - 6:0

Standings provided by Sofascore LiveScore