"Qalatasaray" - "Lokomotiv" görüşü italiyalıya tapşırıldı
UEFA, Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turundakı "Qalatasaray" - "Lokomotiv" matçının hakimini açıqlayıb.
Sportline.az qurumun rəsmi saytına istindaən xəbər verir ki, qarşılaşmanı italiyalı Canluka Rokki idarə edəcək. 45 yaşlı referiyə Mauro Tonolini ilə Filippo Meli yardımçı olacaq.
Qeyd edək ki, "Qalatasaray" - "Lokomotiv" matçı sentyabrın 18-də İstanbulda keçiriləcək.