"Qalatasaray" "Real" qarşısına ciddi itki ilə çıxacaq

"Qalatasaray", Çempionlar Liqasının qrup mərhələsinin bu gün keçiriləcək oyununa ciddi itki ilə çıxacaq.

Sportline.az xəbər verir ki, komandanın "Real"la görüşünün iştirak ərizəsində Falkaonun adı yoxdur. 

33 yaşlı hücumçu, zədə səbəbindən oyuna çıxa bilməyəck.

Qeyd edək ki, "Qalatasaray" - "Real" matçı Bakı vaxtı ilə 23:00-da başlanacaq.