"Qalatasaray" zirvədə
Türkiyə Super Liqasında 21-ci tur yekunlaşıb. SportLine.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma keçirilib.
"Qalatasaray" doğma meydanda "Antalyaspor"u qəbul edib. Qarşılaşma İstanbul klubunun qələbəsi ilə yekunlaşıb.
"Qalatasaray" - "Antalyaspor" - 3:0
Qollar: Bafetimbi Qomis, 14, 20, Sofian Fequli, 38
Bu nəticə ilə "Qalatasaray" turnir cədvəlində zirvəyə yüksəlib.
Standings provided by Sofascore LiveScore