"Qalatasaray" zirvədə

Türkiyə Super Liqasında 29-cu turun görüşləri davam edir. SportLine.az xəbər verir ki, oyun günü liderlik uğrunda mübarizə ilə yadda qalıb.

Çempionluq üçün yarışan "Qalatasaray" və "Başakşəhər" münasibətləri birincilərin meydanında aydınlaşdırıb. 

Qarşılaşma "cim-bom"un qələbəsi ilə yekunlaşıb - 2:0.

Bu nəticə ilə "Qalatasaray" turnir cədvəlinin zirvəsinə yüksəlib. Fatih Terimin komandası "Beşiktaş" və "Başakşəhər"i 1 xal üstələyir.

Standings provided by Sofascore LiveScore