"Qalatasaray"lı futbolçulardan "Fənərbağça"ya dəstək

"Qalatasaray"ın 10 yaşadək futbolçuları "Belçika"dakı "Brussels European Football Cup" turnirində alqışalayiq hərəkətlə gündəmə gəliblər.

Sportline.az xəbər verir ki, "Qalatasaray"lı oyunçular tribunadan meydanda mübarizə aparan "Fənərbağça"nın 9 yaşadək futbolçulardan ibarət komandasını dəstəkləyiblər.

"Aslanlar" hətta "sarı-lacivərdlilər"i tribunaya çağıraraq salamlaşıblar.