Qanalı hücumçu ""Səbail"də baxışdadır

"Sabah" daha bir futbolçunu baxışa çağırıb.

Sportline.az xəbər verir ki, Qananın U-23 millisinin üzvü Daniel Lomotey paytaxt təmsilçisinin düşərgəsindədir.

3 gün öncə komandaya qoşulan afrikalı hücumçu Region Liqasında yarışan "Bakı" ilə yoxlama oyununda da meydana çıxıb. Start heyətdə yer alan forvard sonadək oynayıb.

19 yaşlı futbolçu ilə bağlı yekun qərar qarşıdakı günlərdə veriləcək. 

Qeyd edək ki, "Səbail” Lomoteyin məşhur həmyerlisi Maykl Essyeni də heyətinə qatıb.