Qara Qarayevin "Qarabağ"dakı taleyi aydınlaşdı

“Qarabağ” klubu, yarımmüdafiəçisi Qara Qarayevlə müqavilənin müddətini uzadıb.

Sportline.az xəbər verir ki, 27 yaşlı futbolçu daha 2 il ölkə çempionunun formasını geyinəcək. 

Xatırladaq ki, Ağdam klubunun yetirməsi olan futbolçu ilə müqavilənin müddəti bu ilin iyununda başa çatırdı.