"Qarabağ"ın açıq məşqi olacaq
"Qarabağ" komandası Topaz Premyer Liqasının XV turunun hazırlıqlarını davam etdirir.
Sportline.az klubun saytına istinadən xəbər verir ki, "Neftçi" ilə görüşə hazırlaşan Ağdam təmsilçisinin açıq məşqi olacaq.
Qurban Qurbanovun yetirmələrinin növbəti - sabah saat 15:30-da nəzərdə tutulan məşqi mətbuat nümayəndələri üçün açıq xarakter daşıyacaq.
Bu, "Azərsun Arena"da baş tutacaq məşqin yalnız ilk yarım saatına şamil ediləcək.