"Qarabağ" 2019-cu ilə belə yekun vurdu

"Qarabağ" 2019-cu il nailiyyətlərindən bəhs edən video-sujet hazırlaşıb.

Sportline.az xəbər verir ki, sujetdə komandanın il ərzində çempionluq, UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması, Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısını lider kimi başa vurması və ölkə kubokunda yarımfinala yüksəlməsi vurğulanıb. Eyni zamanda Ağdam təmsilçisinin avrokuboklarda 100-cü qolu vurması və ilk böyük hesablı qələbəni qazanması xatırladılıb.