"Qarabağ" 600 min avroluq futbolçu ilə maraqlanır

"Qarabağ" Cənubi Afrika Respublikasının "Maritsburq Yunayted" klubunda çıxış edən futbolçuya elçi düşüb.

Sportline.az fanat.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu Leboxanq Maboenini heyətinə qatmaq istəyir. Bu barədə "Soccer Laduma" məlumat yayıb.

"Qarabağ"ın bu ilin yanvarından izlədiyi 23 yaşlı forvardın klubu ilə 2019-cu ilin iyununadək müqaviləsi var. Müqaviləyə əsasən klub istəsə, onun anlaşmasının müddətini daha bir il artıra bilər.

Qeyd edək ki, Leboxanq Maboeni 2016-cı ilin yayında CAR-ın "Mbombela Yunayted" klubundan "Maritsburq Yunayted"ə transfer olunub. "Transfermarkt"ın 600 min avro qiymət qoyduğu futbolçu ötən mövsüm 38 rəsmi oyuna çıxaraq 5 qol vurub və 7 məhsuldar ötürmə edib.