"Qarabağ" Albaniyaya yola düşdü

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda "Kukesi"nin qonağı olacaq "Qarabağ" bu gün Albaniyaya yola düşüb.

SportLine.az xəbər verir ki, Ağdam klubu səfərə çarter reysi ilə yollanıb.

Qeyd edək ki, "Kukesi" - "Qarabağ" oyunu iyulun 25-də keçiriləcək və Bakı vaxtı ilə 21:00-da başlanacaq. Cavab matçı isə bir həftə sonra Bakıda olacaq.