"Qarabağ" - APOEL: 15 min bilet satılıb

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda oktyabrın 24-ü Kiprin APOEL klubunu qəbul edəcək.

Sportline.az xəbər verir ki, satışa çıxarılan biletlərin 15 mini satılıb.

Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10, 15, 50 və 75 AZN-dir.

Biletlərin satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Gənclik və 28 Mall (iticket satış məntəqəsi)

Park Bulvar AVM (iticket satış məntəqəsi)

ASAN 2, 3 (Yasamal, Amay t/m)

İticket.az (onlayn).