"Qarabağ" - APOEL: Anşlaq gözlənilir
"Qarabağ"ın, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində, APOEL-lə cavab oyununa bilet satışı davam edir.
Sportline.az klubun facebook səhifəsinə istinadən xəbər verir ki, görüşə böyük maraq var.
Belə ki, cəmi 2 gündür satışa çıxarılan biletlərin artıq 8000-dən çoxu sahibini tapıb.
Azarkeşlər sektorlar üzrə 2, 5, 10 və 50 manat təşkil edən biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassaları, Gənclik və 28 Mall (iticket satış məntəqəsi), Park Bulvar AVM (iticket satış məntəqəsi), ASAN 2, 3 (Yasamal, Amay t/m) və İticket.az-dan (onlayn) əldə edə bilərlər.
Qeyd edək ki, görüş avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. İlk oyun ölkə çempionumuzun 2:1 hesablı qələbəsi ilə nəticələnib.