"Qarabağ" Kiprdə qalib gəldi

Bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə start verilib. 

Sportline.az xəbər verir ki, təmsilçimiz “Qarabağ” da növbəti matçına çıxıb. Qurban Qurbanovun komandası Kiprdə APOEL-lə qarşılaşıb. 

Qeyd edək ki, Ağdam klubu Kipr təmsilçisini mübarizədən kənarlaşdırsa, pley-off mərhələsində PAOK (Yunanıstan) - “Ayaks” (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaq.

6 avqust

Çempionlar Liqası

3-cü təsnifat mərhələsi

 
21:00. APOEL (Kipr) - "Qarabağ" (Azərbaycan) 1:2

Qollar: Mahir Emreli, 54 (0:1), Maqaye Qeye, 70 (0:2), Giorgos Merkis, 90+5 (1:2).
Hakimlər: David Massa, Fabiano Preti, Alberto Teqoni, Rosario Abisso (hamısı İtaliya).
Nikosiya. GSP stadionu.