APOEL-ə məğlub olan "Qarabağ" Avropa Liqasında yarışacaq

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunlarına start verilir.

Sportline.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda Kiprin APOEL klubu ilə üz-üzə gələcək.

Ağdam təmsilçisi ilk oyunda rəqibini 2:1 hesabı ilə məğlub etməyi bacarıb.
 
“Qarabağ” APOEL səddini keçsə, pley-off mərhələsində “Ayaks” (Hollandiya) - PAOK (Yunanıstan) cütünün qalibinə rəqib olacaq.

13 avqust

Çempionlar Liqası, III təsnifat mərhələsi, cavab oyunu

20:30 "Qarabağ" - APOEL 0:2

Qollar: Tomas De Vinsenti, 34-pen. (0:1), Uros Matiç, 68 (0:2).
Baş hakim:
 Daniel Siber
Yan xətt hakimləri: Yan Sedel, Lasse Koslovski
Dördüncü hakim: Martin Petersen (hamısı Almaniya)
Hakim-inspektor: Yorn Vest Larsen (Danimarka)
UEFA nümayəndəsi: Velid Imamoviç (Bosniya və Herseqovina)

İlk oyun: 2-1
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.