"Qarabağ" - APOEL: formalar

"Qarabağ" və APOEL-in bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək cavab görüşündə geyinəcəyi formalar açıqlanıb.

Sportline.az Kipr klubunun rəsmi "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, Kipr təmsilçisinin futbolçuları sarı-göy, qapıçı isə narıncı rəngdə forma geyinəcək.

Ağdam klubunun oyunçuları qara, qapıçısı isə yaşıl rəngdə forma ilə çıxış edəcək.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" - APOEL görüşü saat 20:30-da başlanacaq.