"Qarabağ" - APOEL görüşünün hakimi bilindi

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun, "Qarabağ" - APOEL görüşünün hakimləri müəyyənləşib.

Sportline.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüşü Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Filip Qlova olacaq. Ona yan xətdə Frantişek Ferenç və Yan Pozor kömək edəcək. Dördüncü hakim funksiyasını Peter Ziemba yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – APOEL matçı saat 20:55-də başlanacaq.