"Qarabağ" APOEL-lə oyunun hazırlığına başladı

“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin APOEL-lə cavab matçının hazırlığına başlayıb.

Sportline.az xəbər verir ki, komanda “Azersun Arena”da məşq edir.

Xatırladaq ki, APOEL-lə oyun avqustun 13-ü Bakıda keçiriləcək. Nikosiyadakı ilk oyunda “Qarabağ” 2:1 hesablı qalib gəlib.