"Qarabağ" - APOEL matçına bu qədər bilet satılıb

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - APOEL matçına bilet satışı davam edir.

Sportline.az xəbər verir ki, Bakıda keçiriləcək oyun üçün, artıq 20 min bilet öz sahibini tapıb.

31 200 nəfərlik tutuma malik Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmaya, biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10 və 50 AZN-dir.

Görüşü canlı izləmək istəyən azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, Gənclik və 28 Malldan (iticket satış məntəqəsi), Park Bulvar AVM-dən (iticket satış məntəqəsi). ASAN XİDMƏT 2, 3-dən (Yasamal, Amay t/m) və onlayn şəkildə İticket.az (onlayn) saytından əldə edə bilər.