"Qarabağ" Lodondan məğlub dönür

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsi yekunlaşıb. SportLine.az xəbər verir ki, Azərbaycanın yeganə təmsilçisi - "Qarabağ" son oyununu səfərdə keçirib. "E" qrupunda mübarizə aparan Ağdam təmsilçisi Londonda "Arsenal"ın qonağı olub.

Doğma meydanda rəqibinə 0:3 hesabı ilə uduzan "Qarabağ", bu dəfə də meydanı məyus tərk edib - 0:1.

Qrupun digər matçında "Sportinq" "Vorskla"nı üstələyib - 3:0.

13 dekabr 2018
Avropa Liqası
"E" qrupu, 6-cı tur

"Arsenal" - "Qarabağ" - 1:0
QOL:
Lakazet, 17 (1:0)
Baş hakim: Yens Moe (Danimarka)
"Emireyts" Stadionu

Standings provided by Sofascore LiveScore