"Qarabağ" Avroliqa oyunlarını Olimpiya Stadionunda keçirəcək

UEFA "Qarabağ"ın Avropa Liqasındakı oyunlarını Bakı Olimpiya Stadionunda keçirməsi ilə bağlı müraciətinə baxıb. SportLine.az qurumun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin istəyi müsbət qarşılanıb.

Beləliklə, "Qarabağ" qrup mərhələsinin görüşlərini Tofiq Bəhramov adına Respublika Stadionunda deyil, Bakı Olimpiya Stadionunda keçirəcək.

Qeyd edək ki, "Qarabağ"ın bu stadionda ilk rəqibi "Arsenal" olacaq.