"Qarabağ" Avstriya klubu ilə heç-heçə etdi
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün növbəti yoxlama oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib yerli "Vakker İnsbruk" kollektivi olub.
Qarşılaşmada hesab açılmayıb.
Qeyd edək ki, son mövsümdə 1-ci divizionun qalibi olan “Vakker İnsbruk” Bundesliqaya vəsiqə qazanıb.
Xatırladaq ki, "Qarabağ" Avstriyada ilk yoxlama görüşündə "Ludoqorets"lə (Bolqarıstan) heç-heçə edib - 1:1.