"Qarabağ" Avstriya toplanışını başa vurdu

"Qarabağ" ötən gün Avstriyada son məşqinə çıxıb. 

Sportline.az klubun saytına istinadən xəbər verir ki, son hazırlıq yerli vaxtla 18:00-da (Bakı vaxtı ilə 20:00) başlanıb və təxminən 90 dəqiqə davam edib. Futbolçular isinmə hərəkətlərinin ardından taktiki çalışmaları yerinə yetirib. Məşq ikitərəfli oyunla başa çatıb.

Qeyd edək ki, komanda bu gün Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Partizani" ilə oyunun keçiriləcəyi Albaniyanın Tirana şəhərinə yollanacaq.