"Qarabağ" Avstriyada son görüşə çıxır

Ölkə çempionu "Qarabağ" Avstriyada təlim-məşq toplanışı çərçivəsində bu gün son yoxlama matçına çıxacaq.

Sportline.az xəbər verir ki, komandamız Çexiya "Viktoriya"sı ilə görüşəcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.

Qeyd edək ki, Ağdam təmsilçisi bundan əvvəl Bolqarıstan "Ludoqorets"inə 0:2 hesabı ilə uduzub, Rumıniya "Krayova"su ilə qolsuz bərabərə qalıb, Rusiya “Ufa”sına 2:1 hesabı ilə qalib gəlib.

2 iyul

Yoxlama oyunu

19:00. "Qarabağ" - "Viktoriya" (Çexiya)