"Qarabağ" azarkeşləri ilk "beşlik"də

Bu həftə "Qarabağ"ın APOEL-lə matçı Avropa Liqasının qrup mərhələsinin III mərhələsinin 24 oyunu arasında ən çox azarkeş toplayan 4-cü qarşılaşma olub.

Sportline.az xəbər verir ki, bu haqda klubun rəsmi Feysbuk səhifəsi məlumat yayıb.

Oyunu 30 min 824 azarkeş stadiondan canlı izləyib. Klub buna görə azarkeşlərinə təşəkkür edib.