"Qarabağ" azarkeşlərinə şad xəbər

Azərbaycan Premyer Liqasının 26-cı turunda “Qarabağ” “Zirə”nin qonağı olacaq.

Sportline.az xəbər verir ki, Ağdam klubunun heyətində itki yoxdur. Ötən tur sarı vərəqə limitlərini doldurduqları üçün “Keşlə” ilə oyunda iştirak eməyən Donald Gerye və Filip Ozobiç səfər görüşündə meydana çıxa biləcəklər.

“Zirə” - “Qarabağ” matçı sabah saat 16:30-da başlanacaq.