"Qarabağ" azarkeşlərinə şad xəbər

"Qarabağ"ın "Zirə" ilə oyunda zədələnən futbolçusu Xayme Romero, komanda ilə birgə hazırlığa başlayıb.

Sportline.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi son məşqdə fəal iştirak edib.

Xatırladaq ki, Xayme zədə üzündən Avropa Liqasında "Düdelanj"la oyuna (4:1) çıxa bilməmişdi.

Onun, oktyabrın 24-də APOEL-lə Bakıdakı görüşədək tam hazır olacağı gözlənilir.