"Qarabağ" - "BATE" matçına azarkeş marağı
Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Qarabağ” – BATE (Belarus) matçına bilet satışı davam edir.
Sportline.az xəbər verir ki, artıq 13 mindən çox bilet sahibini tapıb.
Qeyd edək ki, “Qarabağ” – BATE görüşü avqustun 7-si, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Oyuna biletləri stadionun kassaları, “Qarabağ”ın Park Bulvardakı rəsmi fan shopu, 28 Mall, eləcə də itichket.az saytından onlayn vasitəsi ilə almaq olar.