"Qarabağ" - BATE matçının hakimləri açıqlandı

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - BATE matçının hakim təyinatları açıqlanıb. SportLine.az xəbər verir ki, qarşılaşma İsveçdən olan briqadaya həvalə olunub.

Baş hakim: Andreas Ekberq
Yan xətt hakimləri: Mehmet Kulum, Stefan Hallberq
Dördüncü hakim: Kristofer Karlsson

Qeyd edək ki, avqustun 7-də Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq "Qarabağ" - BATE oyununun start saat 21:00-da səslənəcək.