"Qarabağ" - BATE oyunlarının vaxtı dəqiqləşdi
Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində "Qarabağ" və BATE komandaları arasında keçiriləcək görüşlərin vaxtları açıqlanıb. SportLine.az UEFA-nın saytına istinadən xəbər verir ki, ilk duel avqustun 7-də Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq. Matçın start fiti saat 21:00-da səslənəcək.
Cavab matçı bir həftə sonra Borisovda olacaq və Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
Qeyd edək ki, "Qarabağ" II təsnifat mərhələsində "Kukesi", BATE isə HİK səddini aşıb.