"Qarabağ" BATE-yə qarşı bu heyətlə mübarizə aparacaq
Çempionlar Liqasının III təsnifat mərhələsində BATE ilə qarşılaşacaq "Qarabağ" iştirak ərizəsini UEFA-ya təqdim edib. SportLine.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov "pley-off"a vəsiqə uğrunda mübarizədə 25 futbolçuya güvənəcək:
Qapıçılar: Hannes Halldorsson, Şahruddin Məhəmmədəliyev, Vaqner da Silva, Nicat Mehbalıyev, Məmməd Hüseynov
Müdafiəçilər: Rahil Məmmədov, Maksim Medvedev, Rəşad Sadıqov, Ansi Aqolli, Abbas Hüseynov, Yakub Jezniçak, Bədavi Hüseynov
Yarımmüdafiəçilər: Qara Qarayev, Simeon Slavçev, Miçel Madera, Dani Kintana, Abdullah Zubir, İsmayıl İbrahimli, Filip Ozobiç, Zaur Fərzəliyev, Con Delarj, Donald Gerye, Coşqun Diniyev
Hücumçular: Mahir Mədətov, İnnosent Emeqara
Qeyd edək ki, "Qarabağ" və BATE komandaları arasında ilk duel avqustun 7-də Bakıda, cavab oyunu isə bir həftə sonra Borisovda keçiriləcək.