"Qarabağ" "BATE"ni gözləyir
“Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Belarusun BATE komandası ilə qarşılaşacaq.
Sportline.az xəbər verir ki, Belarus klubu bu gün HİK-ə (Finlandiya) 2:1 hesabı ilə qalib gələrək (ilk oyun - 0:0) 3-cü təsnifat mərhələsinə yüksəlib.
Qeyd edək ki, 3-cü təsnifat mərhələsinin ilk oyunları 7-8 avqustda, cavab qarşılaşmaları isə 14 avqustda olacaq.