"Qarabağ" "Çelsi"ni belə təbrik edib

"Qarabağ", Avropa Liqasının finalında "Arsenal" üzərində inamlı qələbə ilə kuboka sahib çıxan "Çelsi"ni təbrik edib.

Sportline.az xəbər verir ki, ölkə çempionu, "Çelsi”ni təbrik etməklə yanaşı finaldan öncə atdığı addımlarla azərbaycanlı azarkeşlərdə nifrət yaradan "Arsenal”a da söz atıb: "Bakıya gəl(məy)ən və kuboku qazanan bütün "Çelsi” futbolçularını təbrik edirik. Zadəganlıq hər zaman zəfəri haqq edir”.