"Qarabağ" Çempionlar Liqası üçün heyətini açıqladı
Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın I təsnifat mərhələsi üçün heyəti müəyyənləşib. SportLine.az xəbər verir ki, Ağdam təmsilçisi Sloveniya çempionu "Olimpiya" ilə görüşlərə 21 futbolçu sifariş edib.
Beləliklə, Lyublyana klubu ilə oyunlarda baş məşqçi Qurban Qurbanovun ixtiyarında bu futbolçular olacaq:
Qapıçılar: 1. Hannes Tur Halldorsson, 12. Şahruddin Məhəmmədəliyev, 13. Vaqner Da Silva, 94. Nicat Mehbalıyev
Müdafiəçilər: 4.Rahil Məmmədov, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov
Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Simeon Slavçev, 8. Miçel, 10. Dani Kintana, 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 77. Donald Gerrye, 91. Coşqun Diniyev
Hücumçu: 11. Mahir Mədətov
Qeyd edək ki, ilk oyun iyulun 11-də Lyublyanadakı "Stojitsa" stadionunda, cavab görüşü isə iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.