"Qarabağ" Çempionlar Liqasında məğlub olsa, ...

UEFA yeni reqlamentə əsasən Avropa Liqasında püşkatma həyata keçirib. SportLine.az xəbər verir ki, yeni qaydalara görə, Çempionlar Liqasının ilkin təsnifat mərhələlərində məğlub olan komandalar Avropa Liqasına vəsiqə uğrunda yarışacaq. 

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Olimpiya" ilə münasibətləri aydınlaşdıracaq "Qarabağ" isə məğlub olacağı təqdirdə “Lüdoqorets” (Bolqarıstan) - “Kruzaders” (Şimali İrlandiya) cütünün məğlubu ilə üz-üzə gələcək.

Çempionlar üçün təsəlli xarakteri daşıyan bu raundun ilk oyunları iyulun 26-da, cavab matçları avqustun 2-də keçiriləcək.