"Qarabağ" çempionluğu belə qeyd etdi

"Qarabağ"ın ardıcıl 6-cı, tarixində 7-ci dəfə Azərbaycan çempionu olması münasibəti ilə dünən  "Neftçi" ilə matçdan sonra paytaxt restoranlarından birində bayram tədbiri keçirilib.

Sportline.az Qol.az-a istinadən xəbər verir ki, tədbirdə klub rəhbərliyi, məşqçi heyəti, futbolçular və texniki heyət iştirak edib.

Əvvəlcə zala çempionluq kuboku gətirilib. Qızıl medalı almaq üçün ABŞ-dan Azərbaycana gələn Ansi Aqolli kuboku "Qarabağ"ın rəhbəri Tahir Gözələ təqdim edib. Daha sonra futbolçular kuboku qaldıraraq bayrama rəng qatıblar.

Tədbirdə Tahir Gözəl, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov çıxış ediblər.

"Qarabağ"ın çempionluq bayramından özəl görüntüləri təqdim edirik.