"Qarabağ" çətin səfərə yollandı

Avropa Liqasının qrup mərhələsinin V turunda "Sevilya"nın qonağı olacaq "Qarabağ" İspaniyaya yollanıb.

Sportline.az xəbər verir ki, komanda bir qədər əvvəl Bakını tərk edib. Saat 16:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan çarter reysi ilə Sevilyaya yollanan Ağdam təmsilçisini 6,5 saatlıq uçuş gözləyir.

Azərbaycan çempionunun sabah üçün proqramı da məlumdu. Bakı vaxtı ilə saat 21:40-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, bundan 20 dəqiqə sonra isə komandanın açıq məşqi olacaq.

Noyabrın 28-də "Xuan Sançes Pisxuan" stadionunda keçiriləcək qarşılaşma 00:00-da başlanacaq. Komandanın ölkəyə dönüşü noyabrın 29-na nəzərdə tutulub. "Qarabağ" həmin gün saat 21:00-da vətənə çatmalıdır.