"Qarabağ" "Kəpəz"lə oyuna hazırlaşır
Topaz Premyer Liqanın 17-ci turunda "Kəpəz"i qəbul edəcək "Qarabağ" oyunun hazırlıqlarına başlayıb.
SportLine.az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, Qurban Qurbanovun komandası bu gün "Azərsun Arena"nın məşq meydançasında hazırlıq keçib.
Qeyd edək ki, fevralın 25-də keçiriləcək "Qarabağ" - "Kəpəz" oyunu saa 18:00-da başlayacaq.