"Qarabağ" daha bir futbolçu ilə yolları ayıra bilər
"Qarabağ"ın haitili yarımmüdafiəçisi Donald Gerye karyerasını Polşada davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Qarabağ"la müqaviləsinin bitməsinə 1 qalan futbolçunu "Qurnik" klubu icarə əsasında heyətinə qatmaq istəyir.
Qeyd edək ki, 29 yaşlı futbolçu 2013-2016-cı illərdə Polşanın “Visla” klubunda oynayıb.