"Qarabağ" - "Dandolk" matçının biletləri satışda

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - “Dundalk” matçının biletləri bu gündən satışa çıxarılıb.

Sportline.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10 və 50 AZN-dir.

Biletlərin satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Gənclik və 28 Mall (iticket satış məntəqəsi)

Park Bulbar AVM (iticket satış məntəqəsi)

ASAN 2, 3 (Yasamal, Amay t/m)

İticket.az (onlayn)

Xatırladaq ki, “Qarabağ” – “Dundalk” matçı iyulun 31-i, saat 21.00-da başlanacaq.