"Qarabağ" - "Dandolk"la görüşə "12-ci oyunçu" ilə çıxacaq

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin bu gün keçiriləcək "Qarabağ" - "Dundalk" oyununda anşlaq olacaq.

Sportline.az xəbər verir ki, qyməti 2, 5 və 10 manat olan standart biletlərin hamısı satılıb. Satışda yalnız az sayda VİP sektor üçün 50 manatlıq biletlər qalıb.

Qeyd edək ki, görüşün keçiriləcəyi "Dalğa Arena"  5700 nəfər  azarkeş tutumuna malikdir.

Xatırladaq ki, "Qarabağ" - "Dandolk" matçı saat 21:00-da başlanacaq.