"Qarabağ" "Dandolk"la oyunun hazırlığına başladı

Çempionlar Liqasındakı təmsilçimiz "Qarabağ" klubunda bir günlük istirahət başa çatıb.

Sportline.az klubun Facebook səhifəsinə istinadən xəbər verir ki, komanda bu gündən II təsnifat mərhələsində "Dandolk"la cavab görüşünün hazırlıqlarına başlayıb.

İlk oyunda səfərdə 1:1 hesablı bərabərliyə imza atan Ağdam təmsilçisi bu gün öz bazasında hazırlıq keçib.

Qeyd edək ki, cavab qarşılaşması iyulun 31-də "Dalğa Arena"da keçiriləcək.