"Qarabağ" "Dandolk"u adlaya bilməsə...

Avropa Liqasının Çempionlar yolunda III təsnifat mərhələsinin püşkü atılıb. 

Sportline.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirindən Avroliqaya düşən komandaların potensial rəqibləri  müəyyənləşib.

Təmsilçimiz "Qarabağ"ın da Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Dandolk” səddində ilişəcəyi təqdirdə hansı komandalarla qarşılaşa biləcəyi məlum olub. Ağdam klubu İrlandiya təmsilçisinə uduzsa, Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Slovan" (Slovakiya) - “Ferronikeli” (Kosovo) cütünün qalibinə rəqib olacaq. "Qarabağ"ın Avroliqaya düşsə, 3-cü mərhələdə ilk oyununu səfərdə keçirəcək.

Qeyd edək ki, Avropa Liqasında 3-cü təsnifat mərhələsinin oyunları avqustun 8-də və 15-də keçiriləcək.