"Qarabağ" - "Düdelanj": 5 min bilet satılıb

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin sonunvu - VI turunda Lüksemburqun "Düdelanj" klubunu qəbul edəcək.

Sportline.az xəbər verir ki, oyuna 3 gün qalmış cəmi 5 min bilet satılıb. Matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionu isə 31 200 tamaşaçı tutumuna malikdir.

"Qarabağ" - "Düdelanj" görüşü saat 21:55-də start götürəcək.