"Qarabağ" - "Düdelanj" görüşünə bilet satışı başlandı

“Qarabağ” komandası. Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda dekabrın 12-si, saat 21:55-də Lüksemburqun "Düdelanj" klubunu qəbul edəcək.

Sportline.az  xəbər verir ki, oyunun biletləri bu gündən etibarən satışa çıxarılıb. Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10, 50 və 75 AZN-dir.

Biletlərin satış məntəqələri:

Qarabağ FK fan-şop (Park Bulvar)

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Gənclik və 28 Mall (iticket satış məntəqəsi)

ASAN Sumqayıt

İticket.az (onlayn).