"Qarabağ"ın qələbəsinə təxribat da mane ola bilmədi

Bu gün Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti matçına çıxıb. Ağdam təmsilçisi Lüksemburqda “Düdelanj”ın qonağı olub.

“Qarabağ”ı ilk görüşdə səfərdə Kipr APOEL-nə 4:3 hesabı ilə qalib gələn rəqiblə asan oyun gözləmirdi. Amma, Qurban Qurbanovun komandası səfər oyununda yüksək əzmkarlıqla inamlı qələbə qazanıb - 4:1.

Qrupun digər görüşündə "Sevilya" APOEL-ə qalib gəlib - 1:0

3 oktyabr
A qrupu
 
23:00. "Düdelanj" (Lüksemburq) - "Qarabağ" (Azərbaycan) 1:4
Qollar:
Abdullah Zubir, 11 (0:1), Miçel Madera, 30 (0:2), Riçard Almeyda, 37-penalti (0:3), Dani Kintana, 69 (0:4), Antuan Bernye, 90 (1:4).
Qırmızı vərəqə: Mikael Qaro, 62 (Düdelanj)
Hakimlər: Con Biton, Daniel Makfarlan, Duqlas Potter, Donald Robertson (hamısı Şotlandiya).
Lüksemburq. “Jozi Bartel” stadionu.
 
23:00. "Sevilya" (İspaniya) - APOEL (Kipr) 1:0
Qol: Çiçarito, 17.

 

1.

Sevilya

 

2

2

0

0

4:0

6

2.

Qarabağ

2

1

0

1

4:4

3

3.

Düdelanj

2

1

0

1

5:7

3

4.

APOEL

2

0

0

2

3:5

0