"Qarabağ" dünya reytinqində irəlilədi
Dünyanın ən güclü klublarının növbəti reytinq siyahısı açıqlanıb.
Sportline.az xəbər verir ki, “clubworldranking.com” tərtib etdiyi siyahıda Azərbaycanın 4 komandasının adı var.
Aktivində 1169 xal olan “Qarabağ” təmsilçilərimiz arasında yenə birincidir. Son açıqlanan siyahı ilə müqayisədə 5 pillə irəliləyən Azərbaycan çempionu 532-cı sırada qərarlaşıb.
“Keşlə” 368 xalla 755-ci (3), “Qəbələ” 255 xalla 796-ci (11), “Zirə” isə 217 xalla 817-cidir (9).
Reytinq siyahısına 18062 xalla Madrid “Real”ı başçılıq edir. “Barselona” 16198 xalla 2-ci, “Atletiko” 14392 xalla 3-cü yerdədir.