"Qarabağ" dünya reytinqində irərlilədi
Dünyanın ən güclü klublarının reytinq siyahısı açıqlanıb.
Sportline.az xəbər verir ki, “clubworldranking”in tərtib etdiyi cədvəldə Azərbaycanın 4 komandasının adı var.
Ən yaxşı göstərici “Qarabağ”ın aktivindədir. 542-ci pillədə qərarlaşan ölkə çempionu 1169 xala malikdir. “Qarabağ” son siyahı ilə müqayisədə 3 pillə irəliləyib.
368 xala malik “Keşlə” 777-ci yerdə qərarlaşıb. “Qəbələ” 255 xalla 816-cı pillədədi. “Zirə”nin isə 217 xalı var. Paytaxt təmsilçisi planetin 839-cusudu. Bu klublar müvafiq olaraq, 4, 3 və 2 pillə irəliləyiblər.
Qeyd edək ki, cədvələ İspaniya klubları başçılıq edir. “Real” 17892 xalla 1-ci, “Barselona” 15431 xalla 2-ci, “Atletiko” 13432 xalla 3-cüdür.